zeytun pərvərdə

zeytun pərvərdə

Zeytun Pərvərdə

Ərzaqlar

  • 1 stəkan qoz ləpəsi
  • 4 stəkan dənəsiz yaşıl zeytun – yumru-yumru doğrayın
  • 1 ədəd kiçik baş soğan – xırda-xırda doğrayın
  • 1 stəkan nar dənəsi (əgər narın sezonu deyilsə axta albalı ilə əvəz edə bilərsiniz)
  • 2 xörək qaşığı sirkə
  • 2 xörək qaşığı narşərab
  • 3 xörək qaşığı zeytun yağı

Hazırlanması

  1. Qoz ləpəsini bıçaqla əzərək, iri-iri doğrayın (çox da iri olmasın, amma diri qalsın, bir az da yağı çıxsın). Geri qalan ərzaqları əlavə edib, qarışdırın. Bankaya yığıb soyuducuya qoyun. İstədiyiniz vaxt çıxardıb süfrəyə verin.

Hakkında: Zeytun pərvərdə İranın Şimal bölgəsindən bir salat növüdür. Ərzaqların miqdarını zövqünüzə görə azaldıb-çoxalda bilərsiniz!

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10