Zefirli, peçenyeli tort

Ərzaqlar

  • 800 qram zefir
  • 2 yumurta
  • 340 qram ovulan peçenye
  • 110 qram şəkər
  • 180 qram kərə yağı
  • 2 su stəkanı süd
  • 1 ədəd limon
  • Bəzək üçün:
  • Marmelad, şokolad

Hazırlanması

  1. Peçenyeni blendrlə xırdalayın.
  2. Yumurtanı şəkərlə mikserlə çalın və peçenyeyə əlavə edin.
  3. Üzərinə südü tökün və qazda qarışdıra-qarışdıra bir qədər qatılaşanadək gözləyin.
  4. Kənara qoyub qarışdırmağa davam edin ki, bir qədər soyusun.
  5. Limonun qabığın sürtgəcdən keçiridin və yağla mikserlə çalın.
  6. Üzərinə südlü qarışığı əlavə edib 3 dəqiqə mikserlə çalın.
  7. 24 sm ölçülü dairə formasında soba qabına perqament kağız qoyun və zefiri bir sıra qaba düzün.
  8. Üzərinə alınmış südlü kremi tökün.
  9. 1 sutka soyuducuda saxlayın.
  10. Serviz etmədən əvvəl şokoladı su vannasında əridin və üzərinə tökün. Marmelad ilə bəzəyin.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10