yuvalama şorbasi

yuvalama şorbasi

Yuvalama Şorbası

Ərzaqlar

  • 1 x.q. kərə yağı
  • 250 q quşbaşı doğranmış ət
  • 4 st. isti su
  • 150 q yağsız qiymə
  • 1 st. düyü
  • 1 st. bişmiş noxud
  • 0,5 kq qatıq
  • 1 yumurta
  • 1 x.q. un
  • 1 ç.q. duz
  • 1 ç.q. qara istiot

Üzərinə:

  • 1 x.q. kərə yağı
  • 1 x.q. nanə qurusu

Hazırlanması

  1. üyünü suda yarım saat isladın.
  2. Əti quşbaşı doğrayıb kərə yağında bir qədər qovurun. 4 st. isti su əlavə edib ət yumşalanadək bişirin.
    Düyünü süzüb blenderdə un halına gələnədək çəkin. Qiyməni əlavə edib xəmir halına gələnədək yoğurun. Duz, qara istiot vurun. Noxud boyda qoparıb yumrulayın. Qaynayan quşbaşı ətin suyuna bişmiş noxudla birlikdə əlavə edin.
  3. Başqa bir qabda qatığı, yumurta və unu qarışdırın, nazik axınla, şorbanı qarışdıra-qarışdıra əlavə edin. 5 dəqiqə qaynadın. Kərə yağını qızdırın, nanə əlavə edib 1-2 dəfə qarışdırın. Şorbanı ocaqdan götürün, nanəli kərə yağını üzərinə gəzdirin.

Nuş olsun!

Hakkında:  Türk mətbəxindən şorba çeşidi olan yuvalama şorbası həm dad həmdə görünüş baxımından ürəyə yatandır.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10