yerkoku salati (havuc salatasi)

yerkoku salati (havuc salatasi)

Yerkökü Salatı (Havuç Salatası)

Ərzaqlar

2-4 porsiya üçün nəzərdə tutulub

  • 4 ədəd yerkökü
  • 2 xörək qaşığə zeytun yağı
  • 1 stəkan qatıq (çox turş olmasın)
  • 3 diş sarımsaq
  • zövqə görə sarı kişmiş
  • zövqə görə xırda doğranmış qoz
  • zövqə görə duz
  • zövqə görə istiot

Hazırlanması

  1. Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin.
  2. Tavada zeytun yağını qızdırın.  Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək (təxminən 6-7 dəqiqə) buşirin. Bişmiş yerkökülər yumuşaq olsalar da, bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri soyudun.
  3. Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın. Soyumuş yerkökünü, kişmiş və qozu bu qarışıma əlavə edin. Zövqə görə duz, istiot vurun və yaxşıca qarışdırın. Salatın daha da sulu olmasını istəyirsinizsə, ona daha çox qatıq əlavə edin.
  4. Salatı bir az soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl, bir qaba qoyub, üzərini qara zeytunla bəzəyin.Nuş olsun!

Hakkında:  Yerkökü Salatı (Havuç Salatası) Türk mətbəxinə aiddir. Təcili qonağınız gələndə bu salata müraciət edəbilərsiniz. Olduqca asan və tez hazırlanan salatdır. Əsası da odur ki, xeyirlidir.

 

 

One Comment

  1. bu resept cox gozeldi
    hemise istifade edecem
    sagolun ki bu resepti yazdiniz

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10