Yeni il tortu

Yeni il tortu

Ərzaqlar

  • 2 yumurta

     

  • 1 su stəkanı şəkər

     

  • 1 çimdik duz

     

  • 100 qram xama

     

  • 2 su stəkanı un

     

  • Yarım paçka qabartma tozu

     

  • 1 paçka vanil

     

  • Krem üçün:

     

  • 200 qram xama

     

  • 1 su stəkanı şəkər

     

  • 100 qram kəsmik

     

  • 1 paçka südlü şokolad

     

  • Bəzək üçün

     

  •  rəngli konfet

Hazırlanması

  1. Xəmiri hazırlamaq üçün yumurtanı şəkər və duz ilə mikserlə çalın.
  2. Üzərinə 100 qram xama və qabartma ilə qarışdırılmış unu, vanili  əlavə edin.
  3. Qatı xəmir alınmalıdır.
  4. Onu iki hissəyə bölün və yolka formalı selikon qaba tökün.
  5. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada qızılı rəng alana qədər bişiririn.
  6. Kremi hazırlamaq üçün şəkər, xama və kəsmiyi qarışdırın.
  7. Şokoladı əridib xəmirin üzərinə çəkin və sonra kremləyin.
  8. O biri xəmiri də bu qayda ilə kremləyib bir-birinin üstünə qoyun.
  9. Üstünü rəngli konfetlər ilə bəzəyə bilərsiniz.
  10. 1-2 saat soyuducuda saxlayın.
  11. Soyuduqdan sonra yeni il tortu  servisə hazırdır.

Nuş olsun!

Yeni il tortu həm gözəl görünüşü, həm də dadı olan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10