
Yaşıl Pomidor Turşusu
Yaşıl Pomidor Turşusu
Ərzaqlar
- 10-12 ədəd orta boy yaşıl pomidor
- 1 baş sarımsaq
- 1 çay stəkanı sirkə
- 1 çay qaşığı limon duzu
- 2 xörək qaşığı duz
- kifayət edəcək qədər su
- 5-6 dənə cəfəri
Hazırlanması
- Pomidorlar iki hissəyə bölünür.
- Bir balona aralarına sarımsaq qoyaraq pomidorlar yerləşdirilir.
- Üst qismə duz, limon duzu və cəfəri qoyulur.
- Sirkə əlavə olunur.
- Boş qalan hissə təmiz su ilə doldurulur.
- Qapağı möhkəmcə bağlanır.
- Sərin bir yerdə ən az 10 gün gözlədildikdən sonra süfrəyə təqdim edilə bilər.
Hakkında: İlin hər bir fəslində yeyəbiləcəyiniz ləziz tuşudur. Nuş olsun!
ən son şərh