Yaşıl Noxudlu Plov

Yaşıl Noxudlu Plov

Yaşıl Noxudlu Plov

Ərzaqlar

  •  2 su stəkanı düyü
  • 3 su stəkanı qaynar su
  • 1 çay stəkanından bir az az maye yağ
  • 2 xörək qaşığı kərə yağı
  • 1 kasa yaşıl noxud
  • 2 ədəd orta kök
  • duz

Hazırlanması

  1. Düyünü duzlu və isti suda 1 saata yaxın saxlayın.
  2. Kökləri kiçik kiçik doğrayın.
  3. Üzərinə yaşıl noxudları da əlavə edib ikisini kiçik bir qazana qoyun.
  4. Qazana qaynar su töküb tərəvəzləri bişirin. Sonra suyunu süzüb kənara qoyun.
  5. Geniş bir plov qazanına maye yağı boşaldın.
  6. Düyüləri saxladığınız sudan alıb süzün və qazana qoyub qarışdıraraq qovurun.
  7. Düyünün şeffaflaşınca qazana kərəyağını əlavə edək əridin.
  8. Daha sonra 3 su stəkanı qaynar suyu və tərəvəzləri qazana qoyub duzunu tökün.
  9. Qapağını bağlayıb orta atəşdə suyunu çəkənə qədər bişirin.

Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10