
yasil noxud sorbasi
Yaşıl Noxud Şorbası
Ərzaqlar
- 2 çay qaşığı zeytun yağı
- 2 baş soğan, incə doğranmış
- 3 stəkan toyuq və ya tərəvəz bulyonu
- 5 stəkan yaşıl noxud
- ½ stəkan az yağlı qatıq
- Duz və istiot zövqə görə
- Ətirləndirmək üçün təzə tərxun yarpaqları
Hazırlanması
- Aşağı temperaturda zeytun yağını qızdırın, soğanları əlavə edib yumşaq və rəngini dəyişənə qədər bişirin. Bulyonu əlavə edib 10 dəqiqə ərzində qazanın qapağını bağlamadan qaynadın.
- Yaşıl noxudları əlavə edib 4 dəqiqə qaynadın. Blenderdə pure halına gətirib soyuq su ləyənin içində olan boş dərin qaba aşsüzəndən keçirib tökün. Bir az soyuduqdan sonra qatıq, duz, istiot əlavə edib tərxunla ətriləndirin
Hakkında: Bu şorbanı ilin istənilən fəslində yemək olar.
ən son şərh