Yaş muffin

Yaş muffin

Ərzaqlar

  • 4 yumurta
  • 1.5 su stəkanı şəkər
  • 1 su stəkanı duru yağ
  •  Yarım su stəkanı ilıq su
  •  1 su stəkanı süd
  •  1 paket vanil
  •   1 paket qabartma tozu
  •  25 qram kakao
  •  2,5 su stəkanı unKeksi islatmaq üçün;
  • 1 su stəkanı süd
  • 1 yemək qaşığı şəkər
  •  1 yemək qaşığı kakao
  •  1 yemək qaşığı duru yağ

Hazırlanması

  1. Yumurta və şəkəri yaxşıca qarışdırıb sonra un istisna olmaqla digər ərzaqları əlavə edirik və qarışdırmağa davam edirik.
  2. ən son unu yavaş yavaş əlavə edərək keks xəmirini hazırlayırıq.
  3. Silikon keks qəliblrini yağladıkdan sonra qəliblərin arısına qədər xəmiri qoyub xəmirin bişdiyini kürdan köməyi ilə yoxlayırıq.
  4. Muffinler bişərkən digər tərəfdən keksi islatmaq üçün lazımi ərzaqları bir qazana qoyub biraz isitdikdən sonra kakaonun yaxşıca qarışdırırıq.
  5. Muffin sobadan çıxarıldıqdan sonra biraz isidildikdən sonra qəlibdən çıxarmadan hazırladığımız əlavədən üzərinə 1 və ya 2 qaşıq tökürük.
  6. əlavənin yaxşı hopması üçün kürdanla kekslərdə deşiklər aça bilərsiniz.

Nuş olsun!

Haqqında: yaş maffin asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10