
Yarpaq dolması
Yarpaq dolması
Ərzaqlar:
- 450g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
- 1 orta baş xırda doğranmış soğan
- ½ stəkan yumru düyü
- ½ stəkan xırda doğranmış keşniş
- ½ stəkan xırda doğranmış şüyüd
- ½ stəkan xırda doğranmış nanə
- 1 çay qaşığı duz
- ¼ çay qaşığı və yaxud zövqə görə istiot
- 80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
- 3 xörək qaşığı ərinmiş kərə yağı
- ½ stəkan su
Hazırlanması:
- Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər yoğurun.
- Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə: Qazanda su qaynadın. Yarpaqları hissə-hissə qaynayan suda təxminən 2 dəqiqə ərzində tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır.
- Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Saplarını kəsin. Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə: Yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin.
- Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları suda 1-2 dəqiqə qaynadıb, süzün.Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün.
- Hər yarpağın ortasına təxminən 1-2 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı yumruvari bükün.
- Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay lay düzün. Əgər təzə yarpaqdan istifadə etmişsinizsə, layların arasına azacıq duz əlavə edin.
- Dolmaların üstünə yağı və suyu tökün. Axırıncı layın üstünə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar. Qazanın qapağını qoyun. Dolmanı əvvəlcə qaynadın.
- Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirin. Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir.
- Dolmanı süfrəyə sarmısaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçünI qatıqla əzilmiş sarımsağı (miqdarı zövqə görə) qarışdırın.
Nuş Olsun!
ən son şərh