Xurmacıq şirniyyatı

Xurmacıq şirniyyatı

Ərzaqlar

  • Xəmiri üçün
  • 1 su stəkanı duru yağ 
  • 1 su stəkanı şəkər 
  • 1 su stəkanı qatıq 
  • 1 ədəd yumurta (ağı içinə, sarısı üzərinə ) 
  • 1 paket qabartma tozu 
  • 1 paket vanil 
  • Aldığı qədər Un 
  • Şərbəti üçün
  • 4 su stəkanı su 
  • 3 su stəkanı şəkər 
  • 3-4 damcı limon suyu

Hazırlanması

  1. Bütün duru ərzaqlar bir qabın içinə qoyulur.Qarışdırılır.
  2. Qarışımın içinə qabartma tozunu, vanili əlavə edirik.
  3. Yavaş yavaş unu əlavə edərək yoğurmağa davam edək.
  4. Qoz böyüklüyündə hissələrə ayırıb əlimizdə dairə formasını verib soba qabına düzək.
  5. Üzərinə yumurta sarısını sürtək.
  6. 175 dərəcəlik sobada üzəri qızarana qədər bişirin.
  7. Qurabiyələr bişərkən şərbəti hazırlayaq.
  8. 3-4 saat saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Xurmacıq şirniyyatı asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10