Xiyar Turşusu

Xiyar Turşusu

Xiyar Turşusu

Ərzaqlar

  • 3 kg balaca xiyar
  • 4-5 diş sarımsaq
  • cəfəri
  • acı bibər
  • şüyüd
  • dəfnə yarpağı
  • dilimlənmiş limon
  • 1 ovuc çiy noxud
  • 1.5 çay stəkanı şəkər
  • 1.5 çay stəkanı duz
  • 1.5 çay stəkanı sirkə

Hazırlanması

  1. Təzə, sərt, kiçik və eyni qalınlıqdakı xıyarları istifadə edin.
  2. Ən uyğun növ “bizdə  buna bakı xiyarı deyirlər”.
  3. İçlərində əzik , çürük və kifli olanları çıxarın.
  4. Turşu qabına doldurarkən, dad və qoxu vermək məqsədiylə aralarına sarımsaq, cəfəri, acı bibər, şüyüd, dəfnə yarpağı, dilimlənmiş limon və ya bunlardan bir neçəsini qoya bilərsiniz.
  5. Üzərinə bir miqdar şəkər və bir az quru noxud əlavə edin.
  6. Tərəvəzlərin üzərini örtəcək şəkildə % 10-12 duzlu su əlavə edin.
  7. Əgər istənsəz turşuya 1 stəkan sirkə əlavə edə bilərsiniz.
  8. Bundan sonra Turşunu, alınması üçün 18 ~ 20 ° C temperaturda 4-6 həftə gözlədin.
  9. Xiyar turşusunun hazır olub olmaması belə anlaşılır:
  10. Xıyarların rəngi sarıya dönür; ortadan ikiyə bölündüyündə xaricdən içə doğru eyni və şəffaf görünər.
  11. Ayrıca dad, qoxu  ilə də başa düşülə bilər.
  12. Turşu hazır olduqdan sonra, daha sərin bir yerdə saxlayın.
  13. Turşunun üzərində ağ , qalın bir pərdə halında maya təbəqəsi meydana gəlsə təmizləyin.

Hakkında: İlin hər bir fəslində yeyəbiləcəyiniz ləziz tuşudur.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10