Xaş-xaşlı şaftalı piroqu

Xaş-xaşlı şaftalı piroqu

Ərzaqlar

  • 1 banka konservləşdirilmiş şaftalı

     

  • 250 qram kərə yağı

     

  • 200 qram şəkər

     

  • 6 yumurta

     

  • 400 qram un

     

  • 1 paket qabartma tozu

     

  • Sürtgəcdən keçirilmiş limon qabığı

     

  • 5 xörək q. süd

     

  • 50 qram xaş-xaş

Hazırlanması

  1. Şaftalıları süzgəcə qoyub suyunun tamamilə getməsini gözləyin.
  2. Sonra onları halqavari formada doğrayın.

     

  3. Piroq üçün xəmiri hazırlayın.
  4. Kərə yağını ev tempuraturunda yumşaldın.
  5. Sonra ona yumurta və şəkər əlavə edin. Unu qabartma tozu ilə qarışdırıb süd və sürtgəcdən keçirilmiş limon qabığı ilə birlikdə yumurtalı kütlənin üzərinə əlavə edin.
  6. Xəmiriniz hazırdır.

     

  7. Xəmirin 1/3 hissəsinə xaş-xaş qatıb soyuducuya qoyun.
  8. Soba qabına yağlı kağız qoyun və qalan xəmiri qaba yayın.
  9. Xaş-xaş qatdığınız xəmirdən  balaca parçalar qopardaraq əlinizlə nə çox nazik, nə də çox qalın olmayan uzunsov formaya salın və piroqun üstünə paxlava formasında düzün.
  10. Doğranmış şaftalıları piroqun üstünə düzüb astaca əlinizlə xəmirə bərkidin.
  11. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 30-40 dəqiqə bişirin.

Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10