Xamalı kremlə Palıd düzülüşlü tort

Xamalı kremlə Palıd düzülüşlü tort

Ərzaqlar

  • 2,5 su stəkanı un

     

  • 8 yumurta

     

  • 200 qram kərə yağı

     

  • 1 su stəkanı su

     

  • 1 çimdik duz

     

  • 700 qram xama

     

  • 1,5 su stəkanı şəkər

Hazırlanması

  1. Bir qaba su, yağ və duz əlavə edin.
  2. Odda qaynayana qədər gözləyin.
  3. Qaynadıqda  odu aşağı dərəcə edin və unu üstünə qatıb qarışdırın.
  4. Oddan götürün və soyumağa qoyun.

     

  5. Soyuduqdan sonra yumurtanı qatın və çalın.
  6. Soba qabına yağlı kağız qoyun.
  7. Hazır xəmiri tort şprisinə doldurun və uzun formalarda qaba qoyun.
  8. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 20 dəqiqə qızılı rəng alana qədər bişirin.
  9. O bişənə qədər şəkəri xama ilə çalın.
  10. Bişmiş uzun formada xəmirləri kremləyin.
  11. Sonra onları palıd foramsında bir-birinin üstünə yığın.
  12. Tortunuz hazır olduqda üzərinə qlazur və ya sürtgəcdən keçirilmiş şokolad səpə bilərsiniz.

Nuş olsun!

Xamalı kremlə palıd düzülüşlü tort çətin hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10