Xamalı kremlə bananlı tort

Xamalı kremlə bananlı tort

Ərzaqlar

  • 5 yumurta

     

  • 1 su stəkanı qatıq

     

  • 3  su stəkanı un

     

  • 1 çay q. qabartma tozu

     

  • 400 qram 35%-li xama

     

  • 3 su stəkanı şəkər

     

  • 3 ədəd banan

Hazırlanması

  1. Xəmiri hazırlamaq üçün yumurta ilə 2 stəkan şəkəri çalın, üzərinə qatıq, qabartma tozu ilə qarışdırılmış unu əlavə edin.
  2. Soba qabını yağlayın.
  3. Xəmiri soba qabına tökün.
  4. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
  5. Korj soyuduqdan sonra onu 3 hissəyə bölün.
  6. Krem hazırlamaq üçün xamanı 1 stəkan şəkərlə çalın.
  7. Bananların qabığını təmizləyib halda formasında doğrayın.
  8. Tortun alt qatına banan düzüb üstünə krem çəkin.
  9. Üç korju da belə təkrarlayın.
  10. 1 saat soyuducuda saxlayın.
  11. Üzərinə sürtgəcdən keçirilmiş şokolad səpə bilərsiniz.

Nuş olsun!

Xamalı kremlə bananlı tort şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10