
Xamalı kremlə Palıd düzülüşlü tort
Ərzaqlar
- 2,5 su stəkanı un
- 8 yumurta
- 200 qram kərə yağı
- 1 su stəkanı su
- 1 çimdik duz
- 700 qram xama
- 1,5 su stəkanı şəkər
Hazırlanması
- Bir qaba su, yağ və duz əlavə edin.
- Odda qaynayana qədər gözləyin.
- Qaynadıqda odu aşağı dərəcə edin və unu üstünə qatıb qarışdırın.
- Oddan götürün və soyumağa qoyun.
- Soyuduqdan sonra yumurtanı qatın və çalın.
- Soba qabına yağlı kağız qoyun.
- Hazır xəmiri tort şprisinə doldurun və uzun formalarda qaba qoyun.
- Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 20 dəqiqə qızılı rəng alana qədər bişirin.
- O bişənə qədər şəkəri xama ilə çalın.
- Bişmiş uzun formada xəmirləri kremləyin.
- Sonra onları palıd foramsında bir-birinin üstünə yığın.
- Tortunuz hazır olduqda üzərinə qlazur və ya sürtgəcdən keçirilmiş şokolad səpə bilərsiniz.
Nuş olsun!
Xamalı kremlə palıd düzülüşlü tort çətin hazırlanan şirniyyatdır.
ən son şərh