
Xamalı kremlə bananlı tort
Ərzaqlar
- 5 yumurta
- 1 su stəkanı qatıq
- 3 su stəkanı un
- 1 çay q. qabartma tozu
- 400 qram 35%-li xama
- 3 su stəkanı şəkər
- 3 ədəd banan
Hazırlanması
- Xəmiri hazırlamaq üçün yumurta ilə 2 stəkan şəkəri çalın, üzərinə qatıq, qabartma tozu ilə qarışdırılmış unu əlavə edin.
- Soba qabını yağlayın.
- Xəmiri soba qabına tökün.
- Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
- Korj soyuduqdan sonra onu 3 hissəyə bölün.
- Krem hazırlamaq üçün xamanı 1 stəkan şəkərlə çalın.
- Bananların qabığını təmizləyib halda formasında doğrayın.
- Tortun alt qatına banan düzüb üstünə krem çəkin.
- Üç korju da belə təkrarlayın.
- 1 saat soyuducuda saxlayın.
- Üzərinə sürtgəcdən keçirilmiş şokolad səpə bilərsiniz.
Nuş olsun!
Xamalı kremlə bananlı tort şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
ən son şərh