“Xama” tortu

“Xama” tortu

Ərzaqlar

  • 1 banka bişmiş süd

     

  • 100 qram şəkər

     

  • 8 xörək q. un

     

  • 100 qram kərə yağı

     

  • 500 qram 20%-li xama

     

  • 1 xörək q. kakao

     

  • 1 çay q. qabartma tozu

     

  • 2 yumurta

Hazırlanması

  1. Kərə yağını yumurta ilə çalın.
  2. Bismiş süd əlavə edib qarışdırın.
  3. Qaqartma tozunu una qatıb üzərinə əlavə edin.
  4. Xəmiri iki hissəyə bölün.
  5. Bir hissəyə kakao qatıb qarışdırın.
  6. Soba qabını yağlayın.
  7. Əvvəlcədən isidilmiş  180 dərəcəli sobada xəmirləri 20 dəqiqə bişirin.
  8. Hazır korjları yarıdan 2 yerə bölün.
  9. Kənarlarını kəsin.
  10. Alt korjdan başqa o birilərini çəngəllə deşin.
  11. Kremi hazırlamaq üçün xamanı şəkərlə çalın və korjları kremləyib üst-üstə düzün.
  12. Kəsdiiniz korların kənarlarını ovub tortun üstünə kənarlarına səpin.
  13. 12 saat soyuducuda saxlayın.

Nuş olsun!

“Xama” tortu asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10