Vişnəli yalançı çörək şirniyyatı

Vişnəli yalançı çörək şirniyyatı

Ərzaqlar

  • 500 qr. Dondurulmuş Vişnə

     

  • 1, 5 paket duzsuz qızardılmış çörək dilimi

     

  • 3 su stəkanı su

     

  • 2, 5 su stəkanı şəkər tozu

     

  • 1/2 paket krem şanti

     

  • 1/2 su stəkanı  süd

     

  • 1 ədəd banan

Hazırlanması

  1. Vişnənin çəyirdəklərini çıxarıb qazana qoyun, şəkər və suyu əlavə edib qaynamağa qoyun.
  2. 5 dəqiqəyə qədər qaynadın.
  3. Orta ölçüdə bir boşqaba çörək dilimlərini düzün.
  4. Üzərinə vişnəli sudan dənələriylə birgə isti ikən tökün.
  5. Üzərinə bir sıra yenə çörək düzün.
  6. Qalan şərbəti də üzərinə gəzdirin.
  7. Bananları dairə şəklində kəsib üzərinə əlavə edin.
  8. Krem şantini südlə çırpın və bananların üzərinə bəzəyin.
  9. 2 saat saxladıqdan sora servis edin.

Nuş olsun!

Vişnəli yalançı çörək asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10