Vatruska piroqu
Ərzaqlar
- Tərkibi:
- 150 qram kərə yağı
- 1,5 su stəkanı un
- 1 xörək qaşığı şəkər
- ½ paket vanil
- ½ paket qabartma tozu
- 500 qra kəsmik
- 3 yumurta
- 1 su stəkanı şəkər
- ½ çay qaşığı darçın
Hazırlanması
- İçliyi hazırlamaq üçün kəsmiyi 1 su stəkanı şəkərlə mikserlə çalın.
- Üzərinə yumurta, darçın və vanil əlavə edib çalmağa davam edin. İçlik duru formada alınmalıdır.
- Yağ bərk formada olmalıdır. Yağı sürtgəcdən keçirdin.
- Üzərinə un, qabartma tozu, vanil və 1 xörək qaşığı şəkər əlavə edin. Bunları əllə ovun.
- Xəmiri iki hissəyə bölün.
- Soba qabını yağlayın.
- Xəmirin ½ hissəsini qaba tökün. Üzərinə içliyi əlavə edin.
- Qalan xəmiri üsdünə tökün.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 40-50 dəqiqə bişirin.
Nuş Olsun!
ən son şərh