Vanilli buludlar tortu
Ərzaqlar
- Tərkibi:
- 4 yumurta
- 1 su stəkanı un
- 1 su stəkanı şəkər
- 1 paket qabartma tozu
- 1 paket vanil
- Krem üçün:
- 1,8 litr qatığ
- ½ su stəkanı şəkər
- Sirop üçün:
- 2 xörək qaşığı su
- 2 xörək qaşığı isdənilən mürəbbə suyu
Hazırlanması
- Yumurta ağın sarıdan ayırın.
- Yumurta sarısını vanil və şəkərin yarısı ilə mikserlə çalın.
- Yumurta ağın köpük halınadək çalın və qalan şəkəri üzərinə əlavə edib çalmağa davam edin.
- Sarı ilə ağı birləşdirin.
- Unu qabartma tozu ilə qarışdırıb yumurtanın üzərinə əlavə edin..
- Bir tava götürün və perqament kağız qoyub yağlayın.
- 20 sm ölçülü tavanı qaza qoyun və xəmiri ora əlavə edib qapağı dəsmalla büküb kip bağlayın.
- Qazda aşağı odda xəmiri 30-35 dəqiqə bişirin.
- Qatığı 3-4 saat marli və ya xırda gözlü aşsüzəndən süzün ki sudan təmizlənsin.
- Alınmış süzməni şəkərlə mikserlə çalın.
- Xəmiri 3 hissəyə bölün.
- Siropu hazırlamaq üçün mürəbbə suyu ilə adi suyu qarışdırın.
- Korjları siropla yaxşı isladın və kremləyib üst-üstə yığın.
Nuş Olsun!
ən son şərh