Üzümlü mannik

Üzümlü mannik

Ərzaqlar

  • 200 qram kefir
  • 70-100 qram marçipan
  • 100-150 qram tumsuz üzüm
  • 200-250 qram mannı yarması
  • 2 yumurta
  • 1 paket qabartma tozu
  • Sürtgəcdən keçirilmiş  limon qabığı
  • 50-100 qram şəkər
  • 50 qram  duru yağ
  • Üzərinə:
  • Şəkər tozu

Hazırlanması

  1. Yumurtanı şəkər ilə şişənə qədər qarışdırın.
  2. Üzərinə kefir və qabartma tozunu əlavə edib qarışdırın.
  3. Mannı yarmasının yarısını , yağı, marçipanı, sürtgəcdən keçirilmiş  limon qabığı  və üzümü əlavə edib  qaşıq ilə qarışdırın.
  4. Sobanı 180 dərəcə qızdırın.
  5. Soba qabına qalan mannı yarmasını səpin.
  6. Alınmış kütləni üzərinə əlavə edin və təxminə 30 dəqiqə qəhvəyi rəng alana qədər sobada bişirin.
  7. Mannik hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!

Üzümlü mannik şirniyyatı tez hazırlanan şirniyyatdır.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10