Üzüm alma qarışımlı rulon keks

Üzüm alma qarışımlı rulon keks

Ərzaqlar

  • 3 yumurta 
  • 1 Su stəkanı şəkər tozu 
  • 1 su stəkanı ilıq süd 
  • 1 paket qabartma tozu 
  • 1 paket vanil 
  • 2 su stəkanı  un
  • Qarışım üçün: 
  • 5  ədəd orta ölçüdə alma 
  • 1 su stəkanı quru üzüm 
  • 2 yemək qaşığı darçın 
  • Yarım çay stəkanı şəkər tozu 
  • 1 yemək qaşığı kərəyağı soba kağızını yağlamaq üçün

Hazırlanması

  1. Əvvəlcə almalar soyulub yuyulur və rəndələnir suyu sıxılmış almalar orta ölçüdə bir qazana qoyulur üzərinə quru üzüm və şəkər əlavə olunur və orta temperaturda aradabir qarışdırılır.
  2. Suyunu yaxşıca çəkib bişən almalı qarışıma darçın əlavə olunur və yaxşıca qarışdırılıb soba kağızı sərilir və kərəyağıyla yağlanan soba qabına isti ikən boşaldılır və bərabər şəkildə yaxşıca düzləndirilir  və soyumağa qoyulur.
  3. Digər tərəfdə keks ərzaqları hazırlanır yumurta və şəkər mikserlə krem halına gələnəcən çalınır və süd əlavə olunur yenə qarışdırılan ərzağa yavaş yavaş ələnmiş un vanil və qabartma tozu əlavə olunub yaxşıca mikserlə qarışdırılır və soyuyan ərzağın üzərinə bərabər şəkildə tökülür.
  4. 185 dərəcədə isidilmiş sobada çəhrayı oluncaya qədər bişirilir.
  5. Sobadan çıxan keks isti ikən rulon şəklində bükülür soyumağa qoyulur soyuyan keks dilimlənir və servis edilir.
Nuş olsun!

Üzüm alma qarışımlı rulon keks asan hazırlanan şirniyyatdır.

 

One Comment

  1. mende ruleti bele edirem 3 yumurta 1 st pesok Vanel kopurten bir paçka un 1,5 yarım buları qarışdırın isidilmiş sobada 180 derecede biwirem ve arasına üzüm murebesi töküb bukurem ve soyuducuya qoyuram 15 deqeden sora yeye bilersiz

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10