Ürək Tortu

Ürək Tortu

Ürək Tortu

Ərzaqlar

  • 1 biskvit üçün:
  • 100 q şəkər tozu
  • 100 q un
  • 2 ədəd yumurta
  • 1 çimdik vanil
  • Krem üçün:
  • Kərə yağı
  • Qatılaşdırlımış süd
  • Vanil

Hazırlanması

  1. Yumurtanın ağını sarısından ayırırıq. Ağını mikserlə çalırıq.
  2. Şəkər tozu və vanili asta-asta əlavə edirək çalmağa davam edirik.
  3. Ağarandan sonra qaşıqla yumurtanın sarısını əlavə edib yenə çalırıq.
  4. Daha sonra unu və vanili əlavə edib, taxta qaşıqla astaca qarışdırırıq.
  5. 200 dərəcəyə kimi qızdırılmış sobada 20-25 dəqiqə bişiririk. 4 belə biskvit hazırlayırıq.
  6. Daha sonra yağı, qatılaşdırılmış südü və vanili mikserlə krem halına gələnə kimi çalırıq.
  7. 2 biskviti kremin köməyi ilə birləşdirib yapışdırırıq.
  8. Diş çöpünün hər başına bir ip bağlayıb, şəkildə gördüyünüz kimi birini mərkəzə batırırıq, o biri tərəfi ilə dairə çəkirik.
  9. Birinci 2 biskvitin üstündən dairə çəkilir və kəsilən üçkünc hissəni saxlayırıq.
  10. Kəsilən içliyi atmırıq. Qırmızı qida boyası ilə rəngləyirik və çəngəl ilə əzib xırdalayırıq.
  11. Ehtiyatla içliyi kəsilən yerə tökub doldururuq və saxladığımız üçkünc hissəni qırmızı içliyin ortasına yerləşdiririk.
  12. Əvvəl kəsilmiş üçkünc ortalığı içliyin ustunə – ortaya qoyuruq.
  13. Yerdə qalan iki biskviti də tortun üstünə qoyub kremləyirik. Nuş olsun!

Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, ürək tortu yumşaq olacaq.

 

 

4 Comments

  1. Salamlar menim bu resept xosuma geydi insalla imkan olsa ilk keksimi bisirecem sizin sayit sayesinde biringi defe keks hazirliyazam saqolum minetdaram biz sizi sevirik!

  2. Məndə çox bəyəndim

  3. Fnfnbfbfbf

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10