Ürək şəkilli rus tortu

Ürək şəkilli rus tortu

Ərzaqlar

  • Xəmir üçün;

     

  • 1 yumurta

     

  • 200 qram şəkər

     

  • 50 qram kakao

     

  • 400 qram un

     

  • 250 qram kərəyağ

     

  • 1 paket vanil

     

  • 1 paket qabartma tozu

     

  • içi üçün;

     

  • 5 yumurta

     

  • 750 qram labne pendiri

     

  • 375 qram şəkər

     

  • 375 qram kərəyağ

     

  • 2 paket vanil puding tozu

     

  • vanil aroması

     

  • üzəri üçün:

     

  • şokolad dilimləri

     

  • böyürtkən

     

  • çiyələk

Hazırlanması

  1. Yumurtaların ağını sarısından ayırırıq.
  2. Ağını mikserlə çırpıb qar kimi ağ köpük yaranan qədər davam edirik.
  3. Ayrı bir qapda yumurtanın sarılarını və qalan ərzaqları mikserlə çırpırıq, sonra bu ərzağa  ayrı qabda köpük yaratdığımız yumurta ağlarının əlavə edirik və taxta qaşıqla qarışdırırıq.
  4. Çırpmırıq ki köpüklər itməsin.
  5. Sonra qəlibimizi kərəyağı ilə yağlayıb xəmirimizin yarısını altına və kənarlarına yayırıq.
  6. Üzərinə iç üçün hazırladığımızı əlavə edirik və sonra qalan xəmirimizi ən üstə xırdalayıb tökürük.
  7. Əvvəlcədən 175 dərəcədə isidilmiş sobada 55 dəqiqə bişiririk.
  8. Sobadan çıxardıqdan sonra üzərini təbii meyvələrlə bəzəyirik.

Nuş olsun!

Ürək şəkilli rus tortu asan hazırlanan şirniyyatdır.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10