Unsuz şokoladlı keks

Unsuz şokoladlı keks

Ərzaqlar

  • 200 qram kərəyağı, kvadrat doğranmış

     

  •  250 qram tünd şokolad, parçalanmış

     

  •  4 yumurta, sarısı və ağı  ayrılmış

     

  •  1 su stəkanı pudra şəkəri

Hazırlanması

  1. əvvəlcə sobanı 160 dərəcədə isidirik.
  2. Kərəyağı və şokoladları əridirik.
  3. Onlar əriyərkən böyük bir qarışdırma qabında 4 yumurta sarısını, 1/2 su stəkanı pudra şəkəri ilə krem halına gələnə qədər çırpırıq.
  4. Ayrı bir qabda yumurta ağlarını köpürdürük.
  5. Üzərinə, kalan 1/2 su stəkanı pudra şəkərini də əlavə edib yavaşca qarışdırırıq və kənara qoyuruq.
  6. əriyən şokoladdan əvvəl 1 qaşıq götürüb yumurta sarılarına əlavə edib qarışdırırıq.
  7. Sonra yenə bütün şokoladı yumurta sarısına əlavə edib qarışdırırıq.
  8. Yumurta ağlarının əvvəlcə yarısını qarışımımıza əlavə edib çöldən iş tərəfə doğru qarışdırırıq və qalan yumurta ağlarını da əlavə edib qarışdırırıq.
  9. Keks qəlibinə töküb sobaya qoyuruq.
  10. Təqribən 50-55 dəqiqə bişiririk.
  11. Üzərində qabıq əmələ gələcək.
  12. Sobadan götürdükdən sonra içi sizə bişməmiş kimi gələ bilər, aldanmayın.

Nuş olsun!

Unsuz şokoladlı keks çətin hazırlanan keks növlərindəndir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10