Unsuz nutellalı tort

Unsuz nutellalı tort

Ərzaqlar

  • Keks üçün:
  • 200 gr tünd şokolad (parçalanmış)
  • 150 gr (1/2 su stəkanı + 1,5 yemək qaşığı) kərəyağ
  • 100 gr (1/2 su stəkanı) qəhvəyi şəkər
  • 100 gr (2/3 su stəkanı) toz badam (blenderda badamları çəkərək istifadə edə bilərsiniz)
  • 4 ədəd yumurta (sarısı və ağı ayrılmış)
  • 1 çimdik duz
  • Kremi üçün:
  • 125 ml (1/2 su stəkanı) duru krem
  • 1/4 su stəkanı nutella
  • 60 gr (1/4 su stəkanı) duru krem (İçinə 1 çay qaşığı limon suyu əlavə edib qarışdırın.  Yəni xama kimi qatı krem əldə etmiş oluruq)
  • Üzərini bəzəmək üçün böyürtkən və rəndələnmiş şokolad

Hazırlanması

  1. Sobanızı 180 dərəcəyə qoyun.
  2. Keks bişirəcəyiniz qabın içini duru yağ ilə yağlayıb yağlı kağız səririk.
  3. Kasaya parçalanmış şokolad və kərəyağını tökün və sobada arada qarışdırmaqla əridin.
  4. Bir qabda toz badam və qəhvəyi şəkəri qarıştırın və şokoladlı qarışıma əlavə edin.
  5. Yumurta sarılarını da əlavə edib qarışdırın.
  6. Yumurta ağlarını bir çimdik duzla qabarıb qatılaşana qədər çalın.
  7. Şokoladlı qarışımın içinə əlavə edin və altdan üstə doğru qatlama hərəkətiylə yumurta ağını qarışıma yedirin.
  8. Qaba töküb sobaya qoyun. 35 dəqiqə bişirin.
  9. Kremi üçün qaba krem, qatı krem və nutellanı tökün və qabarana qədər çırpın.
  10. Soyuyan keksinizi qabdan çıxarın.
  11. Üzərinə  mousse tökün və böyürtkən və şokolad qırıqlarıyla bəzəyin.

Nuş olsun!

Unsuz nutellalı tortu  asan hazırlanmasa da, çox dadlı şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10