Unsuz hazırlanan qozlu tort

Ərzaqlar

  • Tərkibi:
  • 1 çay qaşığı un
  • 150 qram qoz
  • 150 qram şəkər
  • 4 yumurta ağı
  • Krem üçün:
  • 120 qram qara şokolad
  • 1 xörək qaşığı şəkər pudrası
  • 300 qram 33%li qaymağ

Hazırlanması

  1. Qozu tavada qazda bir az qovurun və blendrlə xırdalayın.
  2. Yumurta ağın köpük halınadək çalın və şəkəri əlavə edib çalmağa davam edin.
  3. Üzərinə qozu və unu əlavə edib qarışdırın.
  4. Perqament kağızdan 18 sm ölçülü 6 dairə forma kəsin.
  5. Kağıza un səpin və xəmiri kağıza yayın.
  6. Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada hər korju 5 dəqiqə bişirin.
  7. Soyuduqdan sonra taxta lapatkanın köməyilə korju kağızdan ayırın.
  8. 80 qram şokoladı su vannasında əridin.
  9. 5 korjin üsdünə şokoladı yayın və soyumağa kənara qoyun.
  10. Kremi hazırlamaq üçün qaymağı şəkər pudrası ilə çalın. Başqa qaba 4 xörək qaşığı qaymaqdan qoyun. Qalanına 30 qram şokoladı sürtgəcdən keçirdib qatın.
  11. Tortu hazırlamaq üçün korjlara şokoladlı krem çəkin və üst-üstə yığın.
  12. Ən üst qata şokolad çəkmədiyiniz korjı qoyun. Ağ qaymağı üsdünə və kənarlarına çəkin. Qalan şokoladı sürtgəcdən keçirdin və tortun üsdünə səpin.
  13. Soyuducuda bir neçə saat saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10