Unsuz hazırlanan kəsmikli zapekanka

Ərzaqlar

  • Tərkibi:
  • 500 qram kəsmik
  • 30 qram kərə yağı
  • 4 yumurta
  • 2/3 su stəkanı şəkər
  • 100 qram kişmiş
  • 100 qram qaysı qurusu
  • ½  paket vanil
  • 100 qram şirin bulka suxarısı

Hazırlanması

  1. Kəsmiyi blendrlə çalın.
  2. Yumurta, şəkər, vanil və kərə yağın əlavə edin və çalmağa davam edin.
  3. Kişmiş və qaysı qurusun əlavə edin və yenidən çalın.
  4. Soba qabın yağlayın və suxarının yarısın ovub qabın dibinə səpin. Kütləni ora əlavə edin.
  5. Üzərinə qalan suxarını iri ovuntu halında səpin.
  6. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Sobanı söndürdükdən sonra 5 dəqiqə sobada saxlayıb götürün.
  7. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10