Umac halvası

Umac halvası

Ərzaqlar

  • 600 qr kərə yağı

Umac üçün:

  • 1kq un
  •  bir çimdik duz
  •  200-300qr su

Şirə üçün:

  • 1kq şəkər tozu

Hazırlanması

  1. 0,5 l su ən əvvəl pesokla suyu şirə üçün qaynatmaq lazımdır.
  2. Sonra isə ələnmiş una duzu əlavə edib asta-asta suyu unun üstünə səpə-səpə, əllə ovuşduraraq, umac hazırlanır.
  3. Hazırlanmış umac aşsüzəndən əllə sürtərək keçirtmək lazımdır. Aşsüzəndən keçən umacı ələmək, ələnmiş umacı 20 dəqiqə qurutmaq lazımdır.
  4. Ələnmiş umacdan bir boşqab un çıxmalıdır. İsinmiş yağa qurumuş umacı töküb qovurmağa başlanmalıdır.
  5. Qaşıqla yumurlanmasın deyə umacı əzə-əzə qarışdırmaq lazımdır.
  6. Qızılı rəngə çatanda umaca unu əlavə edib, yenidən qovurmaq lazımdır. Şirənin əlavə olunmasının dəqiq vaxtını bilmək üçün umacdan 1 qaşıq şirənin üstünə tökmək lazımdır.
  7. Həmin an umac cızz edib qaynayarsa, demək şirəni tökmək olar.
  8. Şirəni yaxşı-yaxşı qarışdırıb nimçələrə çəkirik.

Nuş olsun!

Hakkında: Azərbaycnada çox istifadə edilən şirniyyatlardandır. Adətən hüzür yerlərində bişirilir halva ama adı günlərdədə bişirip yeyə bilərsiniz.

 

2 Comments

  1. Allah qebul elesin inweAllah.cox gozel Allah razi olsun bilmeyenlerde oyrenir

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10