Uçuş tortu
Ərzaqlar
- Tərkibi:
- 130 qram araxis
- 1 yumurta sarısı
- 5 yumurta ağı
- 125 qram süd
- 215 qram kərə yağı
- 510 qram şəkər
- ½ çay qaşığı kakao tozu
- ½ paket vanil
Hazırlanması
- Araxisi əvvəlcədən 180 dərəcə qızdırlımış sobada qovurun, qabıqdan təmizləyin və doğrayın.
- Yumurta ağın mikserlə bərkiyənədək çalın və üzərinə vanil və 320 qram şəkər əlavə edib çalmağa davam edin.
- 1 xörək qaşığı bizedən kənara bir qaba qoyun və qalanına araxisi qatın.
- Perqament kağızından 20 sm ölçülü 2 ədəd dairə forması kəsin və araxisli bizeni 2 kağıza taxta qaşığın köməyi ilə yayıb 2 saat sobada bişirin.
- Kənara qoyduşunuz araxisli bizeni də balaca perqament kağıza yayıb sobada bişirin.
- Kremi hazırlamaq üçün yumurta sarısın südlə qarışdırın, üzərinə 190 qram şəkər əlavə edin. Aşağı odda qazda qaynayanadək qarışdıırın. Kənara qoyub soyumağın gözləyin.
- Yağı vanil və kakao ilə çalın və üzərinə südlü yumurta sarısın əlavə edin.
- Korjlar hazır olduqda bir qədər kənara qoyun ki soyusun.
- Tortu hazrlamaq üçün araxisli korjun üzərinə kremin yarısın əlavə edib prosesi təkrar edin.
- Bişirdiyiniz balaca araxisli korju ovuntu halına salın və tortun kənarlarına, üsdünə səpin.
Nuş Olsun!
ən son şərh