Ucqat şokoladlı tort
Ərzaqlar
- Tərkibi:
- 5 yumurta
- 130 qram şəkər
- 150 qram un
- 30 qram nişasta
- 80 qram kərə yağı
- 80 qram kakao
- ½ paket qabartma tozu
- Krem üçün:
- 300 qram qaynadıllmış süd
- 100 qram qara şokolad
- 120 qram kərə yağı
- 1 paket vanil
- 1 paçka şokolad bəzək üçün
Hazırlanması
- Una qabartma tozu, vanil, nişasta və kakaonu qatıb qarışdırın.
- Yumurtanı şəkərlə mikserlə çalın . Üzərinə yumşalmış yağı əlavə edin.
- Yumurtalı qarışıqla unlu qarışığı birləşdirib mikserlə çalın.
- 20-22 sm ölçülü soba qabına perqament kağız qoyun və xəmiri ora əlavə edin.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 30-40 dəqiqə bişirin. Hazır olduqda soyuduqdan sonra 3 hissəyə bölün.
- Şokoladın yarısını su vannasında əridin.
- Qaynadılmış südlə yağı mikserlə çalın və şokoladı ora əlavə edin.
- Korjları üst-üstə düzüb hər tərəfini kremləyin. Üzərinə şokoladın yarısın sürtgəcdən keçirdib səpin.
Nuş Olsun!
ən son şərh