Üç görüş tortu

Üç görüş tortu

Ərzaqlar

  • 3 yumurta 
  • 1,5 su stəkanı şəkər 
  • 1,5 su stəkanı xama 
  • 1,5 su stəkanı un 
  • ½ su stəkanı xaş-xaş 
  • ½ su stəkanı kişmiş 
  • 1 paket qabartma tozu 
  • ½ su stəkanı qoz ləpəsi 
  • 200 qram 30%-li qaymaq 
  • 175 qram kərə yağı 
  • 1 banka bişmiş süd

Hazırlanması

  1. Kişmişi yuyun, qurudun. 
  2. 1 korju hazırlamaq üçün 1 yumurta, 05 su stəkanı şəkər, 05, su stəklanı xama, 0,5 su stəkanı un, bir az qabartma, doğranmış qoz növbə ilə mikserlə çalın. 
  3. 2 korju hazırlamaq üçün 1 yumurta, 05 su stəkanı şəkər, 05, su stəklanı xama, 0,5 su stəkanı un, bir az qabartma, bir az xaş-xaş növbə ilə mikserlə çalın. 
  4. 3 korju hazırlamaq üçün 1 yumurta, 05 su stəkanı şəkər, 05, su stəklanı xama, 0,5 su stəkanı un, bir az qabartma, bir az kişmiş növbə ilə mikserlə çalın.
  5. Sobanı 180-200 dərəcə qızdırın.
  6. Yumru formada olan soba qabını yağlayın və hər korju 20-25 dəqiqə sobada bişirin. 
  7. Korjlar bişənə qədər krem hazırlayın.
  8. Qaymağı mikserlə çalın, üzərinə yumşalmış yağ və bişmiş südü əlavə edib qarışdıırın.
  9. Hazır korjları növbə ilə 1-ci qozlu, 2-ci xaş-xaşlı, 3-cü kişmişlini kremləyin və bir birinin üstünə qoyun.
  10. Üstünü istəyinizə görə sürtgəcdən keçirilmiş şokolad və kakosla bəzəyə bilərsiniz.
  11. Sərin yerdə bir neşə saat saxlayın.

Nuş olsun!

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10