Tviks piroqu

Ərzaqlar

  • Tərkibi:
  • 300 qram un
  • 150 qram kərə yağı
  • 100 qram şəkər
  • 2 yumurta sarısı
  • 60 qram süd
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • İçlik üçün:
  • 300 qram şəkər
  • 400 qram qaymağ
  • 200 qram qlükoza
  • 15 qram kərə yağı
  • Qlazur:
  • 250 qram şokolad

Hazırlanması

  1. İçliyi hazırlamaq üçün bir qab götürün və şəkərlə qaymağı qazda qaynayana qədər qarışdırın. Qaynayanda qlükozanı əlavə edib 5 dəqiqə də qarışdırın və kənara qoyub yağ, qabartma tozu və vanili əlavə edin.
  2. Xəmiri hazırlamaq üçün bir qabda yumurta sarısına süd, vanil qatıb qarışdırın. Başqa qabda kərə yağı və şəkəri mikserlə çalın. Üzərinə yumurta qarışığı və unu əlavə edib xəmiri hazırlayın.
  3. Xəmiri 1 saat soyuducuda saxlayın.
  4. Perqament kağız götürün və soyumuş karamel içliyi 24×30 sm ölçüdə üzərinə yayın. Üsdünü perqament kağızla örtün və soyuducuya qoyun.
  5. Xəmiri soyuducudan götürün və 20 dəqiqə otağ temperaturunda saxlayın. Xəmiri soba listinə 24×30 sm ölçüdə yayın.
  6. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Hazır xəmiri ortadan uzununa 2 bərabər hissəyə bölün.
  7. Karamelli içliyi soyuducudan götürün və uzununa 2 hissəyə bölün.
  8. Xəmirin üzərinə içliyi qoyun və bu prosesi təkrar edin.
  9. Şokoladı su vannasında əridin və keksin üzərinə töküb hər tərəfini şokoladla örtün.
  10. Tviks formasında keks alınmalıdır.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10