tutmaç şorbası

tutmaç şorbası

Tutmaç Şorbası

Ərzaqlar

  • 1 yumurta,
  • 1 stəkan un,
  • 1 kasa qatıq,
  • 1 ədəd soğan,
  • 2 qaşıq kərə yağı,
  • Bir az qiymə,
  • Nanə,
  • Pul bibər,
  • Duz.

Hazırlanması

  1. 1 yumurta, duz, un və ala bildiyi qədər su götürülərək  xəmir yoğrulur. 5-10 dəqiqə saxladıqdan sonra xəmirin dörddə biri ayrılır. Qalan xəmir 2 mm qalınlığında açılır. 1 sm zolaqlar halında kəsilir. Zolaqların bir neçəsi üst-üstə qoyularaq eninə 1 sm ara ilə kəsilir. Qiyməyə duz əlavə edilərək yoğrulur. Fındıq böyüklüyündə küftələr hazırlanır. Ayrılan xəmir qələm şəklində yuvarlanır. İncə-incə kəsilərək yağda qızardılır.
  2. atığa 1 yumurta və 1 qaşıq un qoyularaq möhkəm çırpılır. Qazana su və duz əlavə edilib qaynadılır. Qaynayan suya əvvəlcə küftələr atılır. Küftələrin bişməsinə yaxın kəsilmiş xəmirlər qatılaraq qaynadılır. Çırpılan qatığa şorbanın suyundan əlavə edilərək qarışdırılır. Yavaş-yavaş şorbaya tökülərək qaynayana qədər qarışdırılır. Soğan doğranıb yağda saralana qədər qovrulur. Nanə və pul bibər əlavə edilib şorbanın üzərinə tökülür. Ocaqdan alınır. Qızardılmış xəmirlərlə bərabər isti halda servis edilıir

Hakkında:  Türk mətbəxindən şorba çeşidi olan tutmaç şorbası həm dad həmdə görünüş baxımından ürəyə yatandır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10