
Türk Paxlavası
Ərzaqlar
Xəmir üçün:
- Yumurta – 2 ədəd
- Süd – 1 st
- Yağ – 150 qr
- Maya – 20 qr
- Qarğıdalı nişastası
- Un – apardığı qədər
İçi üçün:
- Qoz – 300 qr
- Yağ – 600 qr
Şərbət üçün:
- Şəkər tozu – 0.5 kq
- Su -1 st
Hazırlanması
- Əvvəlcə süd, yumurta, yağ, maya və unu qatıb, xəmiri hazırlayın, və acımağa qoyun.
- Xəmir hazır olduqdan sonra kündələri (qozdan bir az böyük) hazırlayın.
7 kündə götürüb, onları balaca açın,aralarına çoxlu nişasta səpib,üst-üstə qoyun. - Oxlov vasitəsilə üst-üstə yığdığınız yuxaları açın.
- Tavanı yağlayıb,açdığınız yuxaları,bir-bir tavaya düzüb,aralarını yağlayın.
- Üzərinə çəkilmiş qoz töküb, yenə 7 kündəni eyni qaydada açıb,üzərinə düzün. Kvadrat şəklində doğrayıb,sobaya qoyun.
- Bişənə yaxın üzərinə hazırladığınız şərbəti əlavə edib, 8 dəq sobada saxlayıb götürəbilərsiniz. Artıq servisə hazırdır
Nuş Olsun!
Hakkında: Türk paxlavası türklərin ən sevimli şirniyyatıdır. Bu şirniyyatı hazırlamaq çoxda asan deyil ama çəkdiyiniz əziyyətə və vaxta dəyər.
Mən bisirdim super alınır əlinizə sagliq
Bisirdim ela alindi cox sag olun
Qesengggggggggg superr☺☺☺☺