
Tuile
Ərzaqlar
- 5 qram yumşaldımış yağ
- (ərinmiş yox,məhz yumşaldılmış halda)
- 60 qram ələnmiş şəkər kirşanı (pudrası)
- 1 paket vanil tozu
- (yaxud bir qədər vanil ekstraktı ilə əvəz oluna bilər)
- 2 böyük yumurtanın ağı
- (yüngülcə çəngəllə çalınmış şəkildə)
- 65 qram ələnmiş ağ un
- Yağ – bişiriləcək listin üzərinə çəkmək üçün
1.Aşama
Hazırlanması
- Yumşaldılmış yağ,şəkər tozu və vanil birlikdə əl yaxud mikserlə (aşağı sürətdə) bir qabda qarışdırılır, yumşaq xəmir halına salınır. Qarışdıra-qarışdıra üzərinə az-az miqdarda çalınmış yumurtanın ağı əlavə olunur.
- Qatışığın üzərinə hissə-hissə un tökülür və yumşaq xəmir alınanadək qarışdırılır. Diqqət yetirmək lazımdır ki, xəmir həddən çox qarışdırılmasın!
- Xəmir olan qabın üstü selofanla örtülür,ən azı yarım saat soyuducuda saxlanır.( Bu xəmir soyuducuda bir həftəyədək saxlana bilər. İstifadə etməzdən 30 dəqiqə əvvəl xəmir soyuducudan çıxarılmalıdır.)
- Bişiriləcək listin üzərinə perqament kağızı yerləşdirilir yaxud da listin üzəri yağlanır və heç olmasa 15 dəqiqə soyuducuda saxlanır. Xəmiri qaşıqla götürüb dairə formasında yayın. Hər dəfə listə 2-3 xəmiri yeləşdirib bişirmək lazımdır.
- Tuile öncədən 180 dərəcə tempraturda qızdırılmış sobada, xəmirin kənarları qızılı qəhvəyi rəng alanadək, təxminən 5-10 dəqiqə bişirilir. Bişmiş xəmir dərhal sobadan çıxarılır və istənilən formaya salınır/bükülür.
- Xəmir bişdikdən dərhal sonra,isti halda formaya salınmalıdır. Ona görə də hər dəfə az sayda xəmir bişirmək lazımdır.
- Tuilləri istədiyiniz kremlə (aşağıda nümunə var), meyvəylə doldurub süfrəyə verin.
2.Aşama
Ingredients
- 1 fincan süd (tam yağsız ya da az yağlı)
- ¼ fincan şəkər tozu
- 1 çay qaşığı vanil ekstraktı
- 1 cimdik duz
- 2 böyük yumurtanın yalnız sarısı
- ¼ fincan qarğıdalı nişastası
- 1 xörək qaşığı duzsuz kərə yağı (kiçik hissələr doğranılır)
Directions
- Orta ölçülü qazana süd,şəkər tozunun yarısı,vanil ekstraktı və duz tökülüb qaynayanadək orta dərəcəli odun üzərində bişirilir.
- Orta ölçülü qabda yumurta sarısı, qarğıdalı nişastası və şəkər tozunun qalan hissəsi qarışdırılır.
- Qarışdıra-qarışdıra bunun üzərinə yavaş-yavaş əvvəlcədən hazırlanmış isti,südlü qarışıq əlavə olunur. Bütün bunlar tam şəkildə bir-birinə qarışdıqdan sonra yenidən qazana tökülür. Təxminən 2-4 dəqiqə,orta-yüksək dərəcəli odda, dayanmadan qarışdırmaq şərtiylə kütlə qatılaşana kimi bişirilir.
- Bişdikdən sonra qarışıq qaba tökülür,üzərinə yağ əlavə olunur. Orta sürətli mikser vasitəsiylə, təxminən 5 dəqiqə ərzində, yağ əriyənə və kütlə soyuyanadək qarışdırılır.
- Bərkiməsin deyə kremin üzəri sellofanla kip şəkildə örtülür. Soyuyanadək soyuducuda saxlanır. Ən azı 2 saat,ən çoxu 2 günədək krem soyuducuda saxlana bilər.
- İstifadə etməzdən öncə yumşalması üçün kremi qarışdırmaq lazımdır.
Nuş Olsun!
Hakkında:Tuile (tvil kimi oxunur) yüngül fransız üsulu xırt-xırt qurabiyədir və müxtəlif formada, boyda və dadda ola bilər. Bu qurabiyələr istədiyiniz içliklə doldurula bilər – məsəl üçün, bişmiş krem, muss, hətta dondurma belə. Tuile fransızca “kirəmit” deməkdir ” və orijinal qurabiyənin forması Fransadakı dam kirəmitlərinə bənzədiyinə görə ona bu ad verilib. Ənənəvi tuile əvvəlcə sobada bişirilir, sonra isə isti-isti mərdanənin üstünə sərilir ki, bir qədər qatlansın. Soyuduğunda tuile bir az bərkiyir. Bu qurabiyələrə istədiyiniz şəkil verə bilərsiniz. Buqədər yazını görüb qorxmayın – xəmirin hazırlanması 10 dəqiqə, soyuducuda saxlanması 30 dəqiqə, bişirilmə müddəti – hər pay üçün 5-10 dəqiqə vaxt aparır.
ən son şərh