Trufelli ev tortu

Trufelli ev tortu

Ərzaqlar

  • 150 qram un 
  • 50 qram kakao tozu 
  • ½ çay q. qabartma tozu 
  • 1 çimdik duz 
  • 150 qram şəkər 
  • 225 qram kərə yağı 
  • 4 yumurta 
  • 200 qram tünd şokolad 

Hazırlanması

  1. Xəmir hazırlamaq üçün 130 qram una, kako, duz, qabartma, 2 xörək q. şəkər, 90 qram kərə yağı, 1 yumurtanı qarışdırın və  əllə yoğurun.
  2. 30 dəqiqə soyuducuda saxlayın. 
  3. Soba qabını yağlayın.
  4. Xəmiri qabın içinə elə yerləşdirin ki, divarları tamamilə xəmirlə tutulsun.
  5. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15 dəqiqə bişirin.
  6. Trufelni iç hazırlamaq üçün şəkər və sudan sirop hazırlayın.
  7. Odun dərəcəsini azaldın və xırda bölünmüş şokoladları, 135 qram kərə yağını, 3 dənə qarışdırılmış yumurtanı əlavə edə edə qarşdırın.
  8. Bir kütlə alınanda 20 qram un əlavə edin. 
  9. Bişmiş ovulan xəmirə içi tökün, qaba tərpədərək hamarlayın və 30-40 dəqiqə sobada bişirin.

Nuş olsun!

Trufelli ev tortu fərqli dad sevənlər üçün əla seçimdir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10