Toyuq Salatı

Toyuq Salatı

Ərzaqlar

  • 400 qram hisə verilmiş toyuq
  • 100-150 qram qara gavalı
  • 100 qram qoz ləpəsi
  • 2 ədəd kök
  • 4 ədəd kartof
  • 4 ədəd yumurta
  • 300 qram pendir
  • 250 qram şampinyn göbələyi
  • duz, mayonez
  • 1 x.q. bitki yağı
  • 1-2 ədəd təzə xiyar
  • 3 x.q. qoz ləpəsi

Hazırlanması

Bişmiş yumurtaları sürtkəcin xırda gözündən keçirin.

Kartof və kökü bişirib təmizləyin. Kökü sürtkəcin iri gözündən keçirin, kartofu isə xırda-xırda doğrayın.

Tavaya bitki yağı töküb isidin. Sonra xırdalanmış şampinyonları yağda 7 dəqiqə ərzində bişirin. Üzərinə düz səpib soyumaq üçün kənara qoyun.

Qara gavalını yuyub qurulayaraq xırda-xırda doğrayın.

Pendiri sürtkəcin xırda gözündən keçirin.

Hisə verilmiş toyuğu xırda tikələrə bölün.

Qoz ləpəsini blenderdən keçirin.

Daha sonra hazırladığınız ərzaqları salat qabına laylarla düzün:

1-ci lay: kök, duz, mayonez
2-ci lay: pendirin yarısı
3-cü lay: sürtkəcdən keçirilmiş yumurtanın yarısı (2 ədəd)
4-cü lay: kartofun yarısı, duz, mayonez
5-ci lay: qoz ləpəsinin yarısı
6-cı lay: qara gavalı
7-ci lay: hisə verilmiş toyuq, mayonez
8-ci lay: qızardılmış şampinyon
9-cu lay: qoz ləpəsi
10-cu lay: kartof, duz, mayonez
11-ci lay: 2 ədəd yumurta
12-ci lay: pendir

Salatın üzərinə nazik doğranılmış xiyar düzüb, qoz ləpəsi səpərək cəfəri yarpağı və mərcanı giləmeyvəsi ilə bəzəyin.
Salatı 4 saat ərzində soyuducuda saxlayın.

Nuş olsun!

Hakkında: Əsl yay salatıdır, yüngül, asan bişirilən və vitanimli.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10