Tort tiramusu
Ərzaqlar
- Tərkibi:
- 6 yumurta
- 165 qram şəkər pudrası
- 75 qram kərə yağı
- 225 qram un
- Krem üçün:
- 4 yumurta
- 200 qram şəkər
- 500 qram 9%-li kəsmik
- 500 qram qaymağ
- Sirop uçün:
- 3 xörək qaşığı kofe
- 110 qram şəkər
- 250 qram su
Hazırlanması
- Yumurtanı şəkər pudrası ilə mikserlə çalın. Su vannasında odda 8 dəqiqə qatı xama halına gələnədək çalın.
- Oddan götürün və yenidən 3 dəqiqə mikserlə çalın.
- Üzərinə yağ və unu əlavə edib çalmağa davam edin.
- Soba qabına perqament kağız qoyun və xəmiri ora əlavə edin.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişirin.
- Kremi hazırlamaq üçün yumurtanı sarısın ağdan ayırırn. Sarını 55 qram şəkər ilə çalın.
- Su vannasında 3 dəqiqə odda bərkiyənə qədər qarışdırın.
- Yumurta ağların qalan şəkər ilə köpük halınadək çalın.
- Başqa qabda qaymağı kəsmik ilə çalın. Və kremin məhsulların bir-birinə qatıb qarışdırın.
- Siropu hazırlamaq üçün şəkəri kofe və suyu bir qabda qarışdırın, odda şəkər əriyənədək qarışdırıb kənara qoyun.
- Biskviti 3 hissəyə bölün və sirop ilə isladın.
- Kremi 3 hissəyə bölün və korjları kremləyib üst-üstə düzün. Üzərinə kakao və ya sürtgəcdən keçirilmiş şokolad səpə bilərsiniz.
Nuş Olsun!
ən son şərh