Tikə-Kabab

Tikə-Kabab

Tikə-Kabab

Ərzaqlar

  • Adam başına –  350 qram qoyun əti
  • Baş soğan – 1 ədəd
  • Cəfəri – 10 qram
  • Reyhan – 10 qram
  • Sumaq – 3 qram
  • Duz, istiot

Hazırlanması

  1. Tikə kabab üçün ətdən 35 – 40 qramlıq tikələr kəsib şişə taxırıq, üstünə duz səpilir və manqalda közərmiş kömür üzərində qızardılır.
  2. Kömür alovlanmasın deyə ona duzlu su səpilir.
  3. Ət şişə taxılan zaman həm yağlı həmdə yağsız tikələr götürülməlidir.
  4. Əti bir qaydada qızarmasına fikir verilməlidir.
  5. Tikə kababın bərabər qaydada qızarması üçün arabir çevirmək lazımdır.
  6. Tikə kabab hazır olan kimi süfrəyə verilməlidir.
  7. Tikə kababın üstünə halqavari soğan qoymaq lazımdır.
  8. Bundan başqa tikə kababın yanına bir neçə dilim limon, yaxud narşərab, döyülmüş istiot və duz qoyulur.
  9. Yay zamanı tikə kababın yanına 100 qram şişdə qızardılmış pomidorda əlavə etmək olar.Nuş olsun!

 

Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10