Tez hazırlanan tort

Tez hazırlanan tort

Ərzaqlar

  • 3 su stəkanı un 
  • 1 banka qatılaşdırılmış süd 
  • 1 yumurta 
  • 0,5 paket qabartma tozu 
  • Krem üçün: 
  • 750 qram süd 
  • 1,5 su stəkanı şəkər 
  • 2 yumurta 
  • 3 xörək q. un 
  • 200 qram kərə yağı 
  • 1 paket vanil

Hazırlanması

  1. Qatılaşdırılmış süd, yumurta və qabartma tozu ilə unu qarışdırıb xəmir edin.
  2. 8 hissəyə bölün.
  3. Bir tava götürün.
  4. Xəmirləri yayıb tavada odda bişirin.
  5. Bir üzü bişdikdə fırladıb ikinci üzünü də bişirin.
  6. 8 kündəni yayıb bişirdikdən sonra soyumağa qoyun.
  7. Sonra kənarlarını səliqə ilə kəsin.
  8. Kremi hazırlamaq üçün süd, şəkər yumurta un və vanili bir qabda qarışdırıb odda bərkiyənə qədər bişirin.
  9. Soyuduqda kərə yağını əlavə edin.
  10. Hazırladığınız korjlara krem çəkib üst-üstə yığın və üzərinə ovuntunu səpin.
  11. 3 saat ev temperaturunda saxladıqdan sonra 4 saat soyuducuda saxlayın.

Nuş olsun!

Tez hazırlanan tort tez və asan hazırlanan şirniyyatdır.

 

3 Comments

  1. bu tortun xəmiri çox sadədi,sobası olmayanlar üçün də əladı.Təşəkkürlər.

  2. qatilawdirilmiw sud ne demekdir?

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10