Tez Hazırlanan Meyvəli Piroq

Tez Hazırlanan Meyvəli Piroq

Ərzaqlar

  • 2 su bardağı un
  • 1 su bardağı şəkər
  • 2 ədəd yumurta
  • 200 qram xama
  • 100 qram marqarin yağı
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 200 qram albalı və moruq meyvəsi
  • 50 qram şəkər kirşanı

Directions

  1. Yağı öncədən otaq temperaturunda  yumşaldın.
  2. Mikserlə, yağı yumurtanı və xamanı çalın.
  3. Unla şəkər,  qabartma və vanili qarışdırın və yağlı qarışığa  əlavə edin. Xəmiriniz hazırdır.
  4. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Yağlanmış soba qabına xəmirin yarısını əlavə edin.
  5. Albalı meyvəsinin tumların çıxardın və moruqa  birlikdə xəmirin ustunə əlavə edin.
  6. Qalan xəmiri də meyvələrin üstünə töküb hamarlayın və sobada 30-40 dəqiqə bişirin. Soyuduqdan sonra istədiyiniz formada doğrayın.
  7. Üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10