Vanilli pudinqli biskvit

Vanilli pudinqli biskvit

Ərzaqlar

  • Biskvit üçün
  • 3 yumurta
  • 1 su stəkanı şəkər
  • 1 su stəkanı süd
  • 1 paket qabartma tozu
  • 2 su stəkanı un
  • 2 xörık q. kakao
  • 2 xörək q. duru yağ
  • Pudinq
  • 2 paket pudinq
  • 1 litr. Süd
  • 8 xörək q. qəhvəyi şəkər

Hazırlanması

  1. Əvvəlcə biskviti hazırlamaq üçün una kakao və qabartma tozu qatın.
  2. Yumurta ilə şəkəri mikserlə çalın.
  3. Un və duru yağı yumurtaya əlavə edin.
  4. Südü qazda və ya mikrodalğ\alı sobada isti edin və qarışdıra qarışdıra  unlu qarışığa əlavə edin.
  5. Biskvit xəmiri hazırdır.
  6. 23 sm ölçülü soba qabına qida kağızı qoyun və əvvəlcədən 180 dərəcə isidilmiş sobada 30 dəqiqə bişirin.
  7. Pudinqi hazırlamaq üçün bir qabda odda şəkəri bir az qovurun.
  8. Üzərinə 8 xörək q. süd əlavə edin.
  9. Qalan südü qaynar etdikdən sonra  pudinqlə qarışdırın və 1 dəqiqə mikrodalğalı sobada istilədin. Kənara qoyub soyumasını gözləyin. Soyuduqdan sonra şəkərlə qarışdırın.
  10. Soyumuş biskvitdə stəkanın ağzı ilə yumru formalar açın və içindən çıxan biskviti ovun.
  11. Hazırladığınız pudinqi biskvitin üzərinə tökün və xırdalanmış biskviti də üzərinə səpin.
  12. üzərini stricləyin və soyuducuya qoyun.

Nuş olsun!

Vanilli pudinqli biskvit pudinq sevənləri sevindirəcək şirrniyyatdır.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10