Tez hazırlanan limonlu pudinq

Tez hazırlanan limonlu pudinq

Ərzaqlar

  • 1,5 xörək q. kərə yağı
  • 50 qram şəkər
  • 1 yumurta
  • 2 xörək q. un
  • 1/2 su stəkanı süd
  • Yarım dənə limon

Hazırlanması

  1. Limonun qabığını sürtgəcdən keçirin, özünün şirəsini sıxın.
  2. Əvvəlcə yağ, şəkər və sürtgəcdən keçirilmiş limon qabığını mikserlə çalın.
  3. Sonra limon şirəsi, yumurta sarısı, un və südü növbə ilə əlavə edərək çalın.
  4. Yumurta ağını ayrı qabda çalın və sarılı qarışığa əlavə edin.
  5. Pudinq qablarına qarışığı bölüşdürün.
  6. Pudinq qablarını böyük bir soba qabına yığın və bu soba qabına su elə tökün ki, pudinq formalarının yarısına qədər olsun.
  7. Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.

Nuş olsun!

Tez hazırlanan limonlu pudinq asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10