Tez hazır olan baunti dadlı rulet

Ərzaqlar

  • 250 qram südlü peçenye
  • 0,5 su stəkanı şəkər pudrası
  • 2 xörək qaşığı kakao

         İçlik:

  • 200 qram kərə yağı
  • 0,5  su stəkanı şəkər pudrası
  • 1 su stəkanı kakos

Hazırlanması

  1. Peçenyeləri blendirlə xırdalayıb un halına gətirin.
  2. 2 xörək qaşığı kakao əlavə edin və qarışdırıb kənara qoyun.
  3. Yarım su stəkanı şəkər tozunu yarım stəkan qaynar su ilə qarışdırıb sipor halına gətirin.
  4. Peçenye ovuntusunun üzərinə əlavə edin.
  5. İçliyi hazırlamaq üçün kərə yağı ilə şəkər pudrasını çəngəllə yaxşı qarışdırın və kakosu əlavə edib qaşıqla qarışdırın.
  6. Masanın üzərinə 2 qat strec kağız qoyub üzərinə peçenye qarışığını əlavə edib düzbucaq formasında yayın.
  7. Üzərinə içliyi əlavə edin və hər tərəfə yayın.
  8. Rulet formasında bükün.
  9. 2 saat soyuducuda saxlayın.
  10. İstədiyiniz formada kəsib servis edə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10