Tempura krevetləri

Tempura krevetləri

Tempura krevetləri

Ərzaqlar:

  • suxarı ovuntusu (ağ) – 3 xörək qaşığı
  • duz – 1 çimdik
  • su – 250 ml
  • pələng krevetkası (quyruqlu) – 12 ədəd
  • tempura unu – 2 xörək qaşığı
  • küncüt – 2 xörək qaşığı

Sous üçün:

  • mirin (düyü şərabı) – 1 çay qaşığı
  • düyü sirkəsi – 1 çay qaşığı
  • soya sousu – 4 xörək qaşığı
  • su – 2 xörək qaşığı
  • Qarışdırıb sous hazırlayın.


Hazırlanması:

  1. Klyarın hazırlanması üçün tempura ununu suda həll edin (250 ml suya 150 qr. un), yaxşıca çalıb 10 dəqiqəlik soyuducuya qoyun. Buz qırıntıları da əlavə edə bilərsiniz.
  2. Bu zaman ərzində krevetləri hazırlamaq olar. Bunun üçün onların qabıqlarını təmizləyin, kəsib içini təmizləyin. Krevetlərin qarınlarını iti bıçaqla müxtəlif istiqamətlərdə uzununa kəsin.
  3. Sonra krevetlərin bişəndə burulmaması üçün  onları düzəldin. Hazır krevetləri una bələşdirin. Bitki yağını tavaya töküb demək olar ki, qaynara düşənə kimi qızdırın.
  4. Klyarı soyuducudan çıxarın, krevetləri klyara batırıb ehtiyatla qaynayan yağa qoyun.
  5. Bir neçə dəqiqə, xəmir azca qızarana kimi bişirin. Krevetləri yağdan kəfkirlə çıxarıb salfetlərin üzərinə düzün ki, artıq yağ salfetə hopsun.
  6. Tempur krevetlərini həm sərbəst şəkildə, həm roll hazırlanmasında istifadə etmək olar. Sonda küncütlə bəzəyin. Eyni qayda ilə göbələk, tərəvəz, hətta göyərtini də klyarda hazırlayıb krevetlərlə süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Hakkında:  Tempura – klassik yapon yeməyidir, dəniz məhsulları, tərəvəzlər klyara batırılıb qaynar yağda qızardılır. Bu yeməyi soya sousu, daykon (yapon turpu), şorba, əriştə və s. ilə süfrəyə vermək olar. Tempurun hazırlanması üçün qatışıq satışda hazır olur. Onun tərkibinə buğda və düyü unu, qarğıdalı nişastası, ədviyyatlar və duz olur.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10