
tbilisi salati
“Tbilisi” Salatı
Ərzaqlar
- 1 banka konservləşdirilmiş qırmızı lobya
- 200-250 qr qaynadılmış mal əti və ya toyuğun döş əti
- (mal ətidirsə 300 qr yağsız yerindən götürüb, duzlu suda qaynadırıq)
- 1 ortaboy qırmızı baş soğan
- Acı bibərin yarısı
- 1 ədəd qırmızı bolqar bibəri
- 2-3 diş sarımsaq
- 50 qram qoz ləpəsi
- Keşniş
- Qara istiot
- Xmeli-suneli (ədviyyatı) zövqə görə
- Narın xörək duzu
Üzəri üçün:
- Zeytun yağı və üzüm sirkəsi.
Hazırlanması
- Əvvəl soğan yarı halqa şəklində doğranılır. Əgər soğan acı və suludursa, soğanı 2 dəqiqəliyə qaynar suda saxlamaq məsləhətdir. Bibərin içini təmizləyib, doğrayırıq. Ət dördkünc şəkildə doğranır, acı bibər və sarımsaq da təmizlənib doğranır (sarımsağı sürtgəcdən də keçirə bilərsiniz). Lobyanın suyu süzülür, yuyulur.
- Bir qaba soğan, ət, bibər, sarımsaq, doğranmış kişniş, quru tavada qızardılmış qoz ləpəsi əlavə edib qarışdırılır. Zövqə görə duz, istiot, xmeli-suneli əlavə edilir.
- 4-5 xörək qaşığı zeytun yağına bir xörək qaşığı sirkə qatılır.
- Salata əlavə edilir və qarışdırılır.
Nuş olsun!
Hakkında: Gürcü mətbəxindən olan Tbilisi salatı maraqlı və fərqli dada malikdir. Hazırlanması asan və sadədir.
Xemir xörəkləri reseptlerini artırın da zəhmət olmasa