Tart formalı tiramisu

Tart formalı tiramisu

Ərzaqlar

  • 2 yumurta
  • 1 çay stəkanı şəkər tozu
  • 1 çay stəkanı süd
  • 1 çay stəkanı duru yağ
  • 1 qabartma tozu
  • 2 xörək qaşığı kakao
  • 2 çay stəkanı un

    Keksi islatmaq üçün:

  • yarım su stakanı ilıq su
  • 1 çay qaşığı nescafe

    Kremi üçün:

  • 1 yumurta sarısı
  • 1 çay stəkanı şəkər tozu
  • 2 qaşıq un
  • 2,5 su stəkanı süd
  • 100 qr labne pendiri

    Üzəri üçün:

  • kakao

Hazırlanması

  1. Yumurta və şəkər 5 dəqiqə çırpılır, digər ərzaqlar əlav ə olunur və yağlanmış unlanmış tart qabına tökülür.
  2. 180 dərəcədə 15-20 dəqiqəyə qədər bişirilir.
  3. Kremi üçün labne pendiri istisna olmaqla bütün ərzaqlar qarışdırılır və qaynayanda söndürülür və labne pendiri əlavə olunub qarışdırılır.
  4. Keks sobadan çıxarılanda ilıq su ilə əridilmiş qəhvəli su ilə isladılır.
  5. Üzərinə krem əlavə olunur və kakao ələnərək bəzədilir.

Nuş olsun!

Haqqında: tart formalı tiramisu asan hazırlanan şirniyyatdır.

 

 

One Comment

  1. Çox dadlıdı

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10