tərəvəzli bugda salati

tərəvəzli bugda salati

Tərəvəzli Buğda Salatı

Ərzaqlar

  • 2 stəkan buğda
  • 4 ədəd orta badımcan
  • 1 ədəd kabaçok (zəruri deyil)
  • 1 ədəd qırmızı Bolqar bibəri – toxumunu çıxardın
  • 1 ədəd sarı və ya turuncu Bolqar bibəri – toxumunu çıxardın
  • zövqə görə zeytun yağı
  • 1 ədəd limonun suyu
  • 1 xörək qaşığı və yaxud zövqə görə narşərab (zəruri deyil)
  • xırda doğranmış cəfəri
  • xırda doğranmış şüyüd
  • xırda doğranmış nanə
  • xırda doğranmış təzə soğan – ağ və yaşıl yerləri
  • duz
  • istiot

Hazırlanması

  1. Buğdanı gecədən suya qoya bilərsiniz ki, sabahı gün daha tez bişşin. Bu zəruri deyil, amma belə etdiyinizdə vaxtınıza qənaət etmiş olarsınız. Buğdanı qazana su doldurub yumuşalanadək bişirin.
  2. Buğdadan asılı olara bu, 1 saatdan 2, hətta 3 saata qədər çəkə bilər. Süzün və üstündən soyuq su gəzdirib suyunu yaxşıca süzdürün. İri qaba qoyun.Buğda bişərkən, tərəvəzləri də bişirin.
  3. Bunun üçün onları xırda kubiklərə doğrayın. Listə qoyun, duz istiot və 2 xörək qaşığı zeytun yağı əlavə edib, əlinizlə qarışdırıb lay kimi yayın.Sobanı 200Cdək istidin. Listi sobanın orta yerinə qoyub, tərəzəvləri hər tərəfi qızaranadək bişirin, təxminən 30 dəqiqə. Bu müddər ərzində listi bir və ya iki dəfə çıxardıb, tərəvəzləri qarışdırın ki, hər tərəfi eyni  bişsin.
  4. ərəvəzləri kənara qoyun.Qabdakı buğdaya zövqə görə duz, istiot, zeytun yağı, limon suyu, və narşərab əlavə edib, qarışdırın. Üstünə tərəvəzləri və göyərtini əlavə edib yenə qarışdırın. Çox bərk qarışdırımayın ki, tərəvəzər əzilməsin.Hazır salatı otaq hərarətində və ya bir qədər soyumuş vəziyyətdə süfrəyə verin.

Nuş Olsun!

Hakkında:  Bütün ərzaqların miqdarını zövqə görə azaldıb, artıra da bilərsiniz. Narşərabın istifadəsi zəruri deyil.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10